Sosial evlər uğurla satıldı
07:50 16.07.2019
Arxiv
377
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilmiş dəyişikliklərə uyğun olaraq ilk dəfə 12 iyul 2019-cu il tarixində güzəştli mənzillərin öz vəsaiti hesabına, 14 iyul 2019-cu il tarixində isə gözləmə qaydasında seçimi uğurla həyata keçirilib.
Bu barədə "Sherg.az"a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mənzillərin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.
12.07.2019-cu il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binalarında 10 mənzilin, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi qısa müddətdə başa çatıb. Bu mənzillərdən 43-ü 1 otaqlı, 146-sı 2 otaqlı, 64-ü isə 3 otaqlıdır. “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşların sayı 11518 nəfər, 253 mənzilin seçimində iştirak edənlərin sayı 1906 nəfər olub.
Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üstünlük təşkil edir.
Seçimin nəticələri barədə statistik məlumatlarla daha ətraflı buradan tanış ola bilərsiniz.
https://mida.gov.az/az/statistics/statistics_9/
https://mida.gov.az/az/statistics/statistics_10/
14 iyul 2019-cu il tarixində gözləmə qaydasında iştirak edən 663 istifadəçidən 435-i mənzil seçimini uğurla başa çatdırmışdır. Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Gözləmə qaydasında mənzillərin seçimi 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcəkdir.
Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində qalan 827 mənzil bu ilin sonunadək həm güzəştli ipoteka krediti, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışa çıxarılacaqdır. Yaxın vaxtlarda mənzillərin satışı ilə bağlı növbəti elan veriləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya