“Birmənalı şəkildə ailəmin heç bir sosial mediada, efirdə görünməsinə razı deyiləm”
Şou-biznes əhlinin sosial şəbəkə həyatı...
07:31 15.09.2017
Arxiv
876
Murad Arif ailə şəkillərinin paylaşılmasının əleyhinədir
“Birmənalı şəkildə ailəmin heç bir sosial mediada, efirdə görünməsinə razı deyiləm”
“Birmənalı şəkildə ailəmin heç bir sosial mediada, efirdə görünməsinə razı deyiləm”
Səhnə həqiqətən fərqli bir məkandı. Sənət aləmində olmaq isə əslində göründüyü qədər asan deyil. Səhnənin öz yazılan və yazılmayan qayda-qanunları var. Onlarla ayaqlaşmaq, o səhnədə duruş gətirmək üçün isə istedadlı olmaqla yanaşı, bir qədər də cəsarətli və kompleksiz olmaq vacibdi. Xüsusilə də şou-biznesdən söhbət gedirsə, burada cəsarət daha vacib xüsusiyyətdi.
Sənətçi nəzərə almalıdır ki, zaman-zaman şəxsi həyatı müzakirə predmeti ola bilər, barəsində müxtəlif rəylər yarana bilər. Sən bunlara hazır olmalısan. Bir həqiqət də var ki, Azərbaycanda səhnədə olmaq daha çətindi. Çünki bizdə bəzən səhnə ilə mental dəyərlər biri-birinə zidd gəlir. Bəzən səhnədə tələb olunan cəsarətli addım cəmiyyətdə qınaq mövzusuna çevrilə bilir. Elə bəlkə də ona görə şərq ölkələrində səhnədə olmaq birmənalı qarşılanmır. Xüsusilə xanımların səhnədə olması böyük çətinliklər, qurbanlar hesabına baş tuta bilir.
Danılmaz bir reallıq da odur ki, bizdə səhnədə olan qadınla ailə qurmağı hər kəs özünə yaraşdırmır, ya da bunu qəbul etməyə çətinlik çəkir. Nəzərə alsaq ki, sənət adamı gecə yarısına qədər səhnədə, tədbirdə ola bilir, qastrol səfərləri, mərasimlərə qatılırlar, ətrafında olan insanların çoxluğu, tanınmış olmaq, pərəstişkarların sevgi etirafları və digər bu kimi amillər ailədə problemlər yarada bilir. Elə bu səbəbdən sənətçi xanımla evlənməyi hər ailə qəbul etmir. Hərçənd son illər sənət aləmində evliliklərin, ailə quranların sayı çoxalıb. Əvvəllər ailələrini gizlətsələr də, bu gün efirlərdə də, toyda, sosial şəbəkələrdə də ailə tablosu təqdim edirlər. Xüsusilə də şou-biznesin xanım sənətçiləri son vaxtlar həyat yoldaşları ilə görünməyə üstünlük verirlər.
Əslində bu, gözəl göstərici, xoş ənənədir. Son illər Xatirə İslam, Səfurə Əlizadə, Aysel Əlizadə, Gülay Zeynallı, Zemfira İbrahimova həyat yoldaşları ilə boy-boy ailə tablosu nümayiş etdirməklə əslində cəmiyyətə həm də mesaj ünvanlamış olurlar - sənətçilərin də ailəsi olur, onlar da ailə xanımı ola bilir, sənətçilərlə də ailə qurub yaşamaq mümkündür. Son günlər yeni ailə quran müğənni Natəvan Həbibi də qatıldığı mərasimlərdə həyat yoldaşı ilə görünməyə üstünlük verir.
Sənət aləmində olanların ailələri ilə görüntülənməsi, ailələrinin sosial mediada, efirlərdə təqdim olunmasına münasibət də birmənalı deyil. Tanınmış şoumen Murad Arifin münasibətini öyrənməyə çalışdıq. Nəzərə alsaq ki, şou əhlinin əksəriyyətinin toyunda elə o aparıcılıq edib, onları yaxından tanıyan insan kimi fikirləri maraq yarada bilər.
Murad Arif "Şərq”ə açıqlamasında "bu məsələdə mənim mövqeyim birmənalıdı. Mən ailəmin sosial mediada, efirlərdə görünməsinin əleyhinəyəm. Birmənalı şəkildə ailəmin heç bir sosial mediada, efirdə görünməsinə razı deyiləm.
Amma ailələri ilə görünənləri də normal qarşılayıram. Bu məsələdə hərənin öz subyektiv fikri var. Fərdi şəkildə hərənin bu mövzuya öz yanaşması ola bilər. Göstərənlərə də pis baxmıram. Mən özüm buna icazə vermirəm. Hətta təsadüfən ailəmlə olan mərasimdə mətbuat hansısa şəklimizi çəkib sayta yerləşdirirsə, dərhal şəklin çıxarılmasını xahiş edirəm. Sənətçi özü maraqlı olmalıdı. Onun ailəsini tanımaq vacib deyil. Elə sənətçilərimiz var, ailəsini göstərmək istəyirsə, buna da hörmətlə yanaşmaq lazımdır. Əslində pis ənənə də deyil. Bəli, əvvəllər sənətçi ilə ailə qurmağa ehtiyat edirdilər. Bu gün artıq sənət adamlarının da ailəsi ola bilər deyə nümunə göstərə biləcəyimiz sənətçilər var. Bu, xoş göstəricidir. Sadəcə mən ailəni göstərməyin tərəfdarı deyiləm. Müasir fikirli, kifayət qədər açıq düşüncəli insan olsam da, bəzi mental dəyərlər var ki, onları mütləq nəzərə alan insanam. Mənim ailəm mənə məxsusdu”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya