Soyuqdəymə dedilər, xərçəng çıxdı

"Daily Mail”in xəbərinə görə 25 yaşlı ingilis qadın Jannine McHaffie, tez-tez burun qanaması ilə həkimə gedib. Həkimlər qanamaların soyuqdəymədən olduğunu söyləyib, səhv diaqnoz qoyub.
Tam 10 ay sonra olduqca nadir bir xərçəng növü olan tüpürcək bezi xərçəngi diaqnozu qoyulan qadının sağ burun dəliyində çiyələk böyüklüyündə bir kütlə olduğu təsbit edildi. Nəfəs almağa təsir edən kütlə əməliyyatla alındı. Ancaq xərçəngin tamamilə təmizlənə bilməsi üçün üst dişləri, damaq sümüyü, sağ üst çənəsi və yanaqları da götürüdü. Gənc ananın üzü ayağından alınan sümüklərdən istifadə edilərək yenidən bərpa edildi. Əməliyyat sonrasında Jannine, keçmiş üzünə qovuşmağı gözləyir.