Söz veriblər: Dilqəm və Şahbaz ailələri ilə “Skype”la canlı danışacaqlar
13:23 08.02.2016
Arxiv
747
"Erməni girovluğunda olan Dilqəm və Şahbaz ailələri ilə "Skype” vasitəsilə danışa biləcək”.
Bunu Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdama səfəri zamanı deyib.
Ə. Həsənov Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan qaytarılması məsələsini Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə etdiyini də bildirib: "Mən bu yaxınlarda Cenevrədə beynəlxalq tədbirdə idim. Orada məhz girovlarımızın məsələsinə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə görüşdüm. Məsələni onunla müzakirə etdim. O da söz verdi ki, bu işlə daha ciddi məşğul olacaq. Əvvəldən məlum idi ki, ermənilər onları asanlıqla verməyəcəklər. Çünki Dilqəm Əsgərov və Şahbaz, həmçinin rəhmətlik Həsən ermənilərə elə bir zərbə vurub ki, o zərbənin yeri sağalmır. Ona görə ermənilər prinsipə düşüb onları qaytarmaq istəmirlər. Bizdə nə qədər erməni əsir var, hamısını təklif edirik, dəyişmirlər. Bütün beynəlxalq təşkilatlar hamısı qalxdı ayağa ki, bu, qanunsuz hərəkətdir, yenə də qaytarmırlar. Yəni, bu çətinliklər var. Mən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentindən xahiş etdim ki, heç olmasa Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə "Skype” vasitəsi ilə canlı danışmasını təşkil etsinlər. O da söz verib, məşğuldurlar. Yəqin ki, yaxınlarda bunu edəcəyik”.(apa)
Ə. Həsənov, Azərbaycan prezidenti İlham Əliyevin Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələrini evlə təmin etdiyini bildirib: "Ermənilərin qətlə yetirdiyi Həsən Həsənovun ailəsinin isə onlara münasib ərazidə evlə təmin olunması üçün iş aparılır".
Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurublar. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat