Spiker dilə gəldi: “Sosial şəbəkələri oxuyanda adam xəcalət çəkir”




Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında spiker Oqtay Əsədov da, sosial şəbəkələrlə bağlı fikir bildirib.

"Sherg.az"ın xəbərinə görə, O.Əsədov qeyd edib ki, həqiqətən da şəbəkələrdə tərbiyəsiz ifadələr yazılır:

"Sosial şəbəkələri oxuyanda adam xəcalət çəkir. Nələr yazırlar… Milli Məclisin, dövlət rəhbərliyinin adına ağızlarına gələni yazırlar. Mən də düşünürəm ki, təhqirə yol verənlərin qarşısının alınmasını fikirləşməliyik. İnsanlar bilməlidir ki, mentalitet təhqirə yol vermir. Artıq hər şeydən keçiblər. Bu belə davam etməməlidir”.

Anar