Spiker Gürcüstanda erməni terrorçuya abidə ucaldılmasından danışdı: “Marneulidə azərbaycanlılar da...”




Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında spiker Oqtay Əsədov Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqyana abidə ucaldılması məsələsindən danışıb.

Sherg.az-ın xəbərinə görə, O.Əsədov deyib ki, Gürcüstan dövləti bu məsələdə Azərbaycanın mövqeyini nəzərə alacaq:

"Məsələ ilə bağlı Azərbaycan XİN bəyanat verib, ölkəmizin ordakı səfiri Gürcüstanın XİN-də olub. Bu məsələlər üzrə iş gedir. Güman edirəm ki, Gürcüstan hökuməti məsələyə diqqət yetirəcək, məsələ həllini tapacaq. Onu da deyim ki, həmin abidəni Ermənistan yox, orada yaşayan ermənilər qoyub. Gürcüstanın Marneuli rayonunda da azərbaycanlılar heykəl ucaldacaqlar”.

Anar