STİB məcburi köçkün qəsəbələrində təlimlər keçir
09:00 06.09.2019
Arxiv
649
Sosial Tərəqqi İctimai Birliyi (STİB) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Füzuli rayonunda “Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin I komponentinin icrasını davam etdirir.
2019-cu il avqust ayından 17 məcburi köçkün qəsəbələrində (11 Qayıdış qəsəbəsi, 1 Fin evləri qəsəbəsi və 5 Zobucuq qəsəbəsi) “Mühasibat uçotunun prinsipləri, İnvestisiya təhlili, Biznesin yaradılması və inkişafı”, “Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması və risklərin idarə edilməsi” mövzusu əsasında təlimlərə başlanılıb və hazırda tədbirlər davam etdirilir.
Təlimlərdə Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOB) Füzuli rayon üzrə nümayəndəsi Hafiz Sadıqov da iştirak edib. Təlimlərdə iştirakçılara mühasibat uçotunun aparılması, investisiya və biznes başlamasında əsas anlayışlar təqdim edilir və biznesə başlamaq üçün bütün hüquqi və texniki məlumatlar verilir.
Qadınlara sahibkarlıq və sahibkarlıq fəaliyyətinin qeydiyyat formaları, marketinqin əsasları və bazar araşdırmaları, məhsul növləri, qiymət və qiymətin müəyyən edilməsi, xərclərin hesablanması, biznes plan və onun hazırlanması mövzularına dair məlumatlar verilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat