Suriyadakı Rusiya hərbi bazasına hücum baş verib



Suriyadakı Hmeymim aviabazasının yaxınlığında mənşəyi məlum olmayan pilotsuz uçan aparatlar (PUA) vurulub.

Virtualaz.org RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya aviabazasının nümayəndəsi bildirib.

Mənbəyə əsasən, PUA-ların hücumu nəticəsində xəsarət alan yoxdur və maddi zərər qeydə alınmayıb. Aviabaza normal rejimdə fəaliyyətini davam etdirir.