Taksiçilərə qarşı yeni mübarizə tədbiri
07:22 24.03.2017
Arxiv
447
Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində qeyri-qanuni taksi fəaliyyəti göstərən, o cümlədən taksi minik avtomobilləri üçün qanunla müəyyən edilən tələbləri pozan, fərqlənmə nişanı olmadan bu fəaliyyət növü ilə məşğul olan və yol hərəkəti qaydalarına əməl etməyən sürücülərə qarşı mübarizə tədbirlərini gücləndirib.
Agentlikdən Lent.az-a verilən məlumata görə, məqsəd, həm şəhər sakinlərinin, həm də istirahət üçün paytaxtımıza gələn yerli və xarici turistlərin rahatlığını, onlara keyfiyyətli, eyni zamanda təhlükəsiz taksi xidmətinin göstərilməsini təmin etməkdir.
23.03.2017 tarixində paytaxtın Azneft meydanı, Neftçilər prospekti, Dilarə Əliyeva, 28 may və digər mərkəzi küçə və prospektlərində keçirilən birgə tədbir zamanı taksi fəaliyyəti ilə məşğul olan sürücülərin bir çoxunun müvafiq qanunvericiliyin tələbinə əməl etmədiyi müəyyən edilib. Nəticədə, 21 taksi sürücüsünə qarşı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinin tələbinə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) uyğun protokol tərtib edilib. Bununla yanaşı, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları taksi sürücüləri ilə geniş maarifləndirici söhbətlər aparıb. Bir daha onlara qanunvericiliyin tələbləri üzrə məsuliyyətləri izah edilib.
Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, taksi xidməti sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir. Taksi sürücüləri avtomobillərini hər yerdə deyil, yalnız müəyyən edilmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər. Qeyd olunan tələblərə cavab verməyən şəxslər Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları inzibati məsuliyyətə cəlb olunacaqlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət