Taksim meydanında atlı polislər diqqət mərkəzinə düşdü

Keçən ilin dekabr ayından işinə başlayan atlı polislər Taksim meydanında vəzifələrinin başındadırlar.
Atlı polislər böyük marağa səbəb olub. Anıt abidəsi və ətrafında atlı polisləri görənlər, o anların şəkillərini çəkib paylaşıblar .
Bəzi vətəndaşlar atlara yaxınlaşaraq uşaqlarıyla fotolar çəkdirib, bəziləri atların başlarını sığallayaraq onları əzizləyiblər.