Tanınmaması üçün əməliyyat etdirdi

Özgecanın qatilinin keçmiş arvadı ilk dəfə danışdı



Özgecanın qatili Suphi Altındökenin ölümünün ardından keçmiş həyat yoldaşı Neslihan Altındöken ilk dəfə danışdı.
Estetik əməliyyat etdirən və şəxsiyyəti gizli saxlanan gənc qadın əri haqqında maraqlı açıqlamalar verib. Soyadını dəyişdirmək üçün qanuni hərəkətə başlatdığı oğulu ilə Mersində yaşayan qadın, Suphi Altıındökenin cənazəsi haqqında, "Bizim üçün zatən çoxdan ölmüşdü. Amma, insan olaraq basdırılmamasına kədərləndim, başqası olsa da kədərlənərdim” deyib. Özünü dəyişdirən gənc qadın yeni bir həyat qurmaq üçün çalışır. Neslihan Altındöken, həyat yoldaşı Suphinin Özgecan Aslanı öldürdükdən sonra evə gecə təlaşlı bir vəziyyətdə gəldiyini izah etmiş və o zaman bu məlumatları vermişdi: "Evə girər - girməz hamamda əl -üzünü yudu. Üzündə dırnaq izləri və sıyrıqlar vardı. Nə olduğunu soruşanda, dalaşdığını söyləyib keçdi. Paltarını dəyişdirib dərhal evdən çıxdı. Tutulduğu gecə jandarma qrupu gəlib məni də ifadəyə apardılar. Allah onun bəlasını versin. Ona heç kədərlənmirəm, çünki həm Özgecanın həyatını, həm də bizim həyatımızı bitirdi. Lənətlər olsun ona.”