Tanınmış jurnalist Bəxtiyar Qaracaya yüksək vəzifə verildi
10:46 07.02.2019
Arxiv
703
AZpress.AZ xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də kadr və struktur dəyişikliklərinin davamı olaraq tanınmış jurnalist Bəxtiyar Qaraca yenidən Az TV-yə yüksək vəzifəyə dəvət alıb. O, yenicə yaradılan Müəllif Proqramları və Xüsusi layihələr Departamentinə rəhbər təyin olunub.
Qeyd edək ki, Bəxtiyar Qaraca M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra müxtəlif illərdə Azərbaycan Televiziyasında Gənclik. Uşaq. İdman Proqramlarının Baş redaktoru , "Azərbaycan” qəzetində şöbə müdiri vəzifələrində çalışıb. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Mətbuat tariximiz-istiqlal yolumuz” və "Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən hazırlanan sənədli və bədii filmlərin (”Yerlə göy arasında”, rejissor Vaqif Mustafayev), "Bir az möhlət ver, Allah”, "Arazbarı” və s. kiçik filmlərin-kliplərin müəllifi və layihə rəhbəridir.
Azərbaycan Xalq Cümhuriiyyətinin 100 illiyilə bağlı nəşr olunan "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabının müəllifidir ( jurnalist Akif Aşırlı ilə birgə).
Uzun illər Azərbaycan mətbuatında və televiziya məkanında maraqlı layihələri, filmləri ilə yaxşı tanınan Bəxtiyar Qaracanın bu yeni vəzifədə daha böyük uğurlara imza atacağına əminik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə