Tanınmış yazıçıdan dəstək gəldi:"Zatən, "Şərq" oxuyuram"
10:00 06.02.2019
Arxiv
628
Ötənlərdə 23 illik tarixə malik və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan "Şərq” qəzeti abunə kampaniyasına başlamaq qərarı verib. Məhz bu məqsədlə qəzetin baş redaktoru Akif Aşırlı redaksiyada toplantı keçirərək, klassik qəzet ənənələrinin yaşadılması naminə "Şərq”i oxu” şüarı ilə ictimaiyyət nümayəndələrinə, sadə vətəndaşlara, qəzet oxumaq istəyən hər kəsə müraciət ünvanlayaraq, abunə yazılmaq üçün çağırış edib. Və qəzetin redaksiyasında "Abunə dəftəri” açılıb. Artıq bu çağırışdan sonra sosial mediada, eləcə də ictimaiyyətdə ziyalılar, aydınlar və oxucular "Şərq"ə dəstəklərini ifadə ediblər.
Belə aydınlarımızdan biri də tanınmış yazıçı, alim, media üzrə ekspert Natəvan Dəmirçioğludur. O öz "Facebook" səhifəsində "Şərq"in abunə kampaniyasına dəstəyini belə ifadə edib:
" "Şərq" auditoriyası olan qəzetdir. Üstəlik, bəzən jurnalistika fakültəsinin tələbələrinə bir səhifəlik auditoriya rolunu oynayır. İllər öncə mən də bu kollektivini və özünü dəyərləndirdiyim qəzetdə "DEBÜT" adlı bir rubrika açmışdım,burada jurnalist- tələbələrin ilk götürdüyü praktik müsahibələr yer alırdı. Onun nəşri, auditoriyada müzakirəsi nə qədər dəyərli idi. Mən də "Şərqi oxu" hərəkatına qoşuluram. Zatən, "Şərq" oxuyuram."
Bundan başqa tanınmış publisist Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərlinin qəzetlərə dəstək təklifinə müsbət reaksiya verib: "Təqdir etməli addım, Müşfiq müəllim! Bu gün səhər -səhər şərqçilərə zəng vurdum,baş redaktor, hamımızın dostu Akif Aşırlı ilə danışdım.5-ci gün redaksiyaya gedəcəyimi və mənim imkanlarım daxilində nə kömək lazımdı etmək istəyində olduğumu dedim.Dəstək lazımdır,maddi,mənəvi"
Qeyd edək ki, "Şərq” qəzetinə abunə olmaq istəyən şəxslər qəzetin Mətbuat prospekti 529-cu məhəllə, "Azərbaycan” Nəşriyyatının 7-ci mərtəbəsində yerləşən redaksiyasına gəlib abunə yazılaraq, öz dəstəyini göstərə bilər. Abunə yazılaraq həm qəzetçiliyin yaşamasına öz töhfənizi verər, həm də ölkədə oxu mədəniyyətinin inkişafına yardımçı olarsınız.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm