Tarix elmimizin fədaisi
20:26 04.02.2016
Arxiv
834
Azərbaycan tarixi qədim və zəngin olduğu qədər də keşməkeşli, ibrətamiz hadisələrlə doludur. Yurdumuzun Azıx, Qobustan, Gəmiqaya, və s. tarixi abidələri bütün dünyada insanın qədim yaşayış məskənləri kimi tanınmış və keçmişin maddi mədəniyyət izlərinin öyrənilməsinə əvəzolunmaz töhfələr vermişdir.
Orta əsrlər müsəlman Şərqində intibah mədəniyyətinin mərkəzlərindən sayılan Azərbaycan torpağı bəşər tarixinə Nizami, Xaqani, Füzuli kimi dühalar bəxş etmiş və onların əsərləri elmin, ədəbiyyatın, fəlsəfi fikrin intişar tapması, yeni insan nəslinin yetişməsi və azad cəmiyyətin formalaşması ideyasını xeyli gücləndirmişdir.
Türkdilli ölkələr arasında özünəməxsus şərəfli dövlətçilik tarixi və ənənələrinə malik olan Azərbabayca xalqı XVI-XVIII əsrlərdə bütün Şərqdə məşhur olan Səfəvilər dölətini yaratdı. Şah I İsmayıl tərəfindən əsası qoyulan bu dövlət hərb meydanında böyük qələbələr qazanmaqla bərabər, əhatə etdiyi bütün xalqlara həm rifah, mədəniyyət, həm də əmin-amanlıq bəxş etmişdir. Təəssüflər olsun ki, bu qədər zəngin dövlətçilik tariximiz, maddi və mənəvi dəyərlərimiz uzun illər boyu kifayət qədər yazılmamış, sistemli şəkildə tədqiq olunmamışdır. Azərbaycan tarixinin sovet dövrü tarixşünaslığı da demək olar ki, çox zaman saxtalaşdırılaraq təhrif olunmuşdur.
Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra elmin bir çox sahələrdə olduğu kimi tarixşünaslığımızda da Vətən tarixinin yenidən və obyektiv araşdırılmasına ciddi bir ehtiyac yaranmışdı. Ümummili lider Heydər Əliyevin Azərbaycan tarixinin hərtərəfli və dərindən araşdırılması haqqında göstərişindən sonra bu istiqamətdə işlər daha da sürətləndi.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda AMEA-nın müxbir üzvü Y.M.Mahmudovun rəhbərliyi altında Azərbaycan tarix elminin əsaslı şəkildə araşdırılmasının prioritet istiqamətləri müəyyənləşdirildi. İnstitutun elmi əməkdaşları tərəfindən bir sıra xarici ölkələrin arxiv və kitabxanalarında saxlanan Azərbaycan tarixinə aid dəyərli sənəd və materialların surətləri toplanaraq respublikamıza gətirildi. Məqsədyönlü və gərgin əməyin nəticəsidir ki, son illərdə Tarix İnstitutunda "Qarabağ tarixi”, "İrəvan tarixi”, "Naxçıvan tarixi” kimi obyektiv gerçəkliyi əks etdirən qiymətli tədqiqat əsərləri yazılaraq nəşr olunmuşdur. Sevindirici haldır ki, həmin əsərlərin bir çoxu tərcümə edilərək ingilis, ərəb və rus dillərində çap olunmuşdur.
Mənsub olduğu xalqın həqiqi tarixini yazmaq üşün alimdə ilk növbədə Vətən sevgisi, yurd məhəbbətinin yüksək olması vacib şərtdir. Bütün bu ali və ülvi keyfiyyətlər demək olar ki Yaqub müəllimdə bir vəhdət şəklində birləşmiş və Onu əsl Vətən aşiqinə çevirmişdir. Görkəmli elm fədaisi, vətənpərvər insan olan Yaqub müəllimə həsr etdiyim şeiri oxuculara təqdim edirəm.
Elmin dayağısan, Yaqub müəllim!
(A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, millət vəkili Y.M.Mahmudova)
Vətən tarixini sevib, aradın
Elin dərd-sərinə sən çox yaradın,
Düşməni sözünlə tən paraladın.
Millətin soykökün düşünən alim,
Elmin dayağısan, Yaqub müəllim!
Zəhmətlə böyüdün, ərsəyə çatdın,
Zülmün, haqsızlığın acısın daddın,
Oxudun, çalışdın, tarix yaratdın.
Bir deyən olmadı: - "köməyə gəlim?...”
Elmin dayağısan, Yaqub müəllim!
Erkən duydun azadlığın dadını,
Pozmamısan ilqarını, andını
Ucaltmısan Səfəvilər adını.
Əsrlərin yükün daşıyan alim,
Elmin dayağısan, Yaqub müəllim!
Çox düşdün izinə gizli sirlərin,
Arayıb-açmısan o məxəzlərin,
Soyqırım törədən, şərəfsizlərin...
Qəsdinə durmusan, olmazsan həlim,
Elmin dayağısan, Yaqub müəllim!
"İrəvan tarixi” şah əsərindir,
Sinəndə qövr edən dərdi-sərindir,
Düşmənə layiqli bir sipərindir,
Haqqa güvənmisən, fədakar alim,
Elmin dayağısan, Yaqub müəllim!
Dostun Nizamilə Məclislərdə siz,
Yurddaşı qoymadız qalsın çarəsiz,
Elmə də töhfələr verdiz, şübhəsiz
Yazıldı tarixim, ucaldı dilim,
Elmin dayağısan, Yaqub müəllim!
Heydər dühasının davamçısısan,
Böyük əməllərin ilhamçısısan,
Tarix elmimizin bir carçısısan,
Vermisən gənclərə dəyərli təlim,
Elmin dayağısan, Yaqub müəllim!
Zəfər Kərimov, Tarix üzrə fəlsəfə doktoru,
"Qızıl qələm” Media mükafatı laureatı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat