Tarixçi çağırış etdi...

Təkcə Qarabağı deyil, Göyçə, Zəngəzur və İrəvanı da düşməndən azad etməliyik
Bu bizim tarixi missiyamız olmalıdır


Böyük Kilikiyaı Evinin katolikosu I Aram Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməyə və "vahid erməni dövləti” yaratmağa çağırış edib. Antilyas kilsəsində çıxış edən Aram Qarabağ məsələsində istənilən güzəştin Ermənistanın müstəqilliyi üçün qəbuledilməz olduğunu bildirib: "Qarabağ işğal edilmiş ərazi yox, bizim qəhrəmanlarımızın qanları ilə qaytarılmış doğma torpaqdır. Birləşmiş Ermənistan görüntüsünün reallaşdırılması Qarabağın Ermənistana birləşdirilməsindən başlayır”. Əslində bu çağırış beynəlxalq hüquqa tüpürərək, birbaşa Qarabağın işğal edildiyini, bu ərazidə hər hansı "öz müqəddəratını təyinetmə” prinsipi olmadığını aydın göstərir. Həmçinin, o da məlumdur ki, tarix boyu erməni kilsəsi türklərə qarşı vandalizmi, quldurluğu təşviq edən əsas mərkəz rolunu oynayıb. Yəni bir tərəfdən "sülhdən” və "xalqların diplomatiyası”ndan danışan mənfur düşmən və özünü "dini rəhbəri” adlandıran Aram digər tərəfdən işğalçılığa haqq qazandırır.

Erməni baş keşişin təxribatı ilə bağlı "Şərq”ə danışan tarixçi-alim Dilavər Əzimli bildirib ki, Ermənistan dini rəhbərinin bu cür çıxışı təbii ki, öz dövlətinin maraqlarını ifadə edir: 

"Erməni kilsəsi həmişə belə mövqedə olub və hər zaman erməni terrorunun başında dayanıb. Ermənistan terror əsasında yaradılan və minlərlə insanların qanı üzərində qurulan dövlətdir. Bu gün də əməllərini davam etdirir. Həm də bizə beynəlxalq insan haqlarından danışan dünyanın iri güclərinin gözü qarşısında bu cür həyasız çıxışlar edirlər. Təsəvvür edin, bizim din xadimi belə çıxış etsəydi, o "mədəni” Avropa və Rusiya necə hay-küy salacaqdılar. Mən də çağırış edirəm ki, bu əclafların dərsinin verilməsinin zamanı çatıb. Dünyada beynəlxalq qanunları vecinə alan yoxdur. Çünki dünyanın hegemon dövlətlərinin özləri bu qanunları ayaq altına alıblar”.

Tarixçi vurğulayıb ki, təkcə Dağlıq Qarabağı deyil, Göyçə, Zəngəzur və İrəvanı da düşməndən azad etməliyik:

 "Bu bizim tarixi missiyamız olmalıdır. Bunu etməyə gücümüz çatır, çünki güclü ordumuz var. Erməni terrorçularını Qafqazdan silib atmalıyıq. Sadə erməniləri də bu terrorçuların girovluğundan xilas etməliyik. Erməni kilsəsi isə terror yuvası kimi ləğv edilməlidir. 

Fəaliyyəti dövründə erməni kilsəsi yalnız terroru dəstəkləyib. Düşmənlə mədəni dildə danışmaq lazım deyil. Bütün danışıqlara son qoyulmalı, yalnız silahla "danışmalıyıq”. Terrorçu ermənilərin xisləti buna öyrənib. Şapalaq görməsə, bağırır, şapalaq görən kimi isə yal istəyən köpəyə dönürlər”.

İsmayıl