Tbilisidə vəziyyət gərgindir





Tbilisinin mərkəzində aksiyaların davam etdiyi parlament binasının qarşısında vəziyyət gərgin olaraq qalır.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, etiraz aksiyasına cavab olaraq keçirilən aksiya iştirakçıları parlament qarşısına keçməyə çalışırlar. Rustaveli prospektinə su şırnağı texnikası daxil edilib.

Hadisə yerinə xüsusi təyinatlılar da cəlb olunub.


Bundan əvvəl Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən hadisələrə münasibət bildirib. G.Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə deyib ki, hər kəs fikrini ifadə etmək hüququna malikdir, lakin qarşıdurmaya və cəmiyyəti parçalamağa qətiyyən yol verilməməlidir.


Baş nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarını vətəndaşların təhlükəsizliyini maksimum təmin etməyə və mümkün qarşıdurmanın qarşısını almağa çağırıb.