“Tehran çox ciddi şəkildə əndişədədir”
21:20 21.10.2016
Arxiv
562
“İran istəmir ki, Türkiyə kimi güclü dövlət Mosuldakı proseslərdə iştirak etsin”
Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İran dövlət televiziyası məlumat yayıb. Məlumatda bildirilir ki, bölgədəki bəzi hadisələrlə bağlı Türkiyənin bəzi dövlət adamlarının açıqlamaları ilə əlaqədar İran hökumətinin sərt etirazı səfirin diqqətinə çatdırılıb.
Qeyd edək ki, İranın etirazının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqda baş verənlərlə bağlı açıqlamaları ilə əlaqədar olduğu güman edilir.
İranın etirazını şərh edən politoloq Natiq Miri söyləyib ki, hazırda bölgədə nüfuz uğrunda çox ciddi savaş gedir. İran Yaxın Şərqdə həlledici güc olduğunu ortaya qoymaq istəyir: "Bu mənada illərdir ki, İran Suriyada Əsəd rejiminə dəstək verir. Həmçinin cənub qonşumuz yalnız Əsəd rejimi ilə bağlı deyil, Yəməndə Husilər qruplaşmasını dəstəkləməklə və onları ərəb dünyasına qarşı qoymaqla hakimiyyəti ələ keçirmək istəyir. Bu proses İraqda da baş verir. İbadi hakimiyyətə gələndən sonra Tehranın İraqdakı nüfuz dairəsi güclənib. İndiki məqamda İranın İraqda çox ciddi hərbi birləşmələri mövcuddur. Hərbi birləşmələr "şiə milisi” adı altında Mosulun azad olunması prosesində də iştirak edir. Təbii ki, Türkiyənin bölgədə aktivləşməsi fonunda İran narahat olmağa başlayır. Eyni zamanda Türkiyə Suriyanın şimalında İŞİD qruplaşmasını zərərsizləşdirir. Artıq 1500 kv.km-ə qədər ərazi İŞİD terror qruplaşmasından təmizlənib. Suriyanın şimalında Türkiyənin təhlükəsizliyinə təhdid olan PKK-nın Suriya qolu PYD və YPQ güclərinə qarşı Ankara hərbi qırıcı təyyarələrlə əməliyyat keçirir. PKK terrorçuları Membiçi tərk etməsə, bu terrorçulara qarşı quruda da əməliyyatların keçirilməsi planlaşdırılır. Buna paralel olaraq Mosulun İŞİD-dən azad olunması prosesində Türkiyə dövləti çox ciddi şəkildə israr edir. Bu da təbii ki, İran dövlətinin maraqlarına uyğun deyil”.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan "Misaki-milli” elan etdiyini xatırladan ekspert diqqətə çatdırıb ki, bu ölkə başçısı Osmanlının dövründə həmin imperiya sərhədləri boyunca mövcud olan bütün torpaqlarda Türkiyənin haqqı olduğunu ortaya qoydu: "Bu, Tehranı çox ciddi şəkildə əndişəyə salıb. Bundan başqa, Mosul təmizlənəndən sonra İran şiəsinin Mosulla bağlı konkret ciddi fikirləri var. Bu da məzhəbçilik kontekstində baş verəcək. Həm də Mosul enerji daşıyıcılarının çox ciddi surətdə mənbəyi olan bir məmləkət və vilayətdir. Bu kontekstdə İran istəmir ki, Türkiyə kimi güclü bir dövlət paralel olaraq bu prosesdə iştirak etsin. Düşünürəm ki, Ankaranın aktivləşməsi Tehranı narahat etməyə başlayıb. Cənub qonşumuz Türkiyə ilə bağlı siyasətində dəyişiklik etməzsə, bu hal İran-Türkiyə münasibətlərinə ciddi xələl gətirəcək. Onlar arasında qarşıdurma yalnız Suriyada deyil, İraqda da yaşanacaq. Hətta məlum durum Türkiyə və İran qüvvələrinin Suriya və İraqda toqquşması ehtimalını da ortaya qoyur. Bir sözlə, İran Yaxın Şərq hegemon siyasətindən vaz keçməlidir. Əks halda, çox ciddi sarsıntılara məruz qalacaq. Bu ölkə nəzərə almalıdır ki, tərkibində 35 milyondan yuxarı Azərbaycan türkü yaşayır. Türkiyə Azərbaycan türklərinə dəstək verməklə İranı içərisindən parçalamağa gücü yetəcək bir dövlətdir. Bu mənada hesab edirəm ki, İranın bu cür aktiv və aqressiv siyasətinə rəğmən Türkiyə adekvat addımlar atacaq”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət