Təhsil Nazirliyi oğurlanıb zorlanan müəllimə iş vermədi - ŞİKAYƏT
10:38 18.09.2017
Arxiv
538
Keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində oğurlanan və cinsi təcavüzə məruz qalan 23 yaşlı müəllim Sara Vəliyeva (ad şərtidir) yeni tədris ilinin başlamasına baxmayaraq öz ixtisası üzrə işlə təmin edilməyib. Lent.az xəbər verir ki, bu ilin aprel ayında Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama verərək cinsi zorakılığa məruz qaldığı üçün təyinatla göndərildiyi kənd məktəbini tərk etməyə məcbur olmuş müəllimin yeni tədris ilində işlə təmin ediləcəyi bildirsə də, bu istiqamətdə addım atılmayıb. S.Vəliyevanın ailəsindən bildirilib ki, geridə qalan müddətdə rayon Təhsil Şöbəsi onlarla əlaqə saxlamayıb.
Qeyd edək ki, məlum hadisədən sonra həmin kənddə işləmək istəməyən kimya müəllimi, 23 yaşlı Sara Vəliyeva Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. O, doğulub böyüdüyü rayonda da ixtisaslı kimya müəlliminə ehtiyac olduğunu, imtahanla müəllimliyə qəbul edildiyini xatırladaraq nazirlikdən öz rayonunda və yaxud paytaxtda işlə təmin edilməsini xahiş edib. Lakin nazirlik gənc müəllimin istəyini təmin etməyib. Bu ilin aprelində isə nazirlik tədris ilinin başa çatmaq üzrə olduğunu bildirərək, məsələyə tədris ilinin sonunda baxılacağını bildirib.
S.Vəliyevanın ailəsindən Lent.az-a bildirilib ki, Təhsil Nazirliyindən 23 yaşlı Saraya yenidən hadisənin baş verdiyi kəndə qayıdıb işləmək təklif edilib: "Onun iş yerinin dəyişdirilməsinə gəlincə, dedilər ki, yenidən imtahan verməlidir. Halbuki hadisədən bir il əvvəl imtahan yolu ilə işə qəbul edilmişdi və məhz Təhsil Nazirliyinin göndərişi əsasında Ağsunun Nuran kəndinə kimya müəllimi kimi göndərilmişdi, orda kirayə yaşayırdı. Buna baxmayaraq, bizə heç cür kömək etmədilər. Məcbur qalıb qız işdən çıxmaqla bağlı ərizə yazdı”.
Təcavüzə məruz qalmış müəllimin ailəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovaya müraciət etdikdən sonra o, qurumun regional bölmələrindən birində işlə təmin edilib.
Xatırladaq ki, keçən ilin aprel ayının 19-da Ağsu rayon Nuran kənd məktəbində Təhsil Nazirliyinin göndərişi əsasında kimya fənnini tədris edən 23 yaşlı Sara Vəliyeva Nüydü kənd sakini olan 4 nəfər tərəfindən zorla maşına mindirilərək qaçırılıb. Səhər saatlarında müəllimə dərsə gədərkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla maşına mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər. Məlum olub ki, müəllimə evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrafilov telefonla müəlliməyə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəlliməni qaçırıb. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar.
Hadisəni törətmiş 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu daha sonra tutulub. Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllim ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya