Tək başına 2,4 milyon körpənin həyatını qurtardı

Qanında körpə ölümlərini önləyən bir anticisim olan Avstraliyalı Ceyms Harrison, 60 il boyunca bağışladığı qan sayəsində 2,4 milyon körpənin həyatını qurtarıb.
80 yaşlı Ceyms Harrison, qanında olan nadir bir anticisim sayəsində doğuş zamanı qan zəhərlənməsi yaşayan körpələrə sanki həyat verdi. "Qızıl qollu adam” kimi tanınan Harrison, 2003-cü ildə Gennessin Rekordlar kitabına düşüb.
Ceyms Harrison 14 yaşı olarkən əməliyyata alınıb. Harrison saatlarla davam edən əməliyyatdan sonra üç ay xəstəxanada qalıb. 13 modul qan verilən Ceyms Harrison, böyüyəndə qan hədiyyəçisi olmağa söz verib.
Qan vermə yaşı 18 olduğu üçün gözləyib və 18 yaşı tamam olan kimi sözünü tutub. Qan bankında aparılan araşdırmadan sonra Harrisonun qanında körpə ölümlərini önləyən bir anticisimin olduğu təsbit edilib. Avstraliyada ananın qanının RH müsbət və körpələrin qanının RH mənfi olması səbəbiylə əmələ gələn hemolitik anemiden qaynaqlı ölümlər beləcə önlənə biləcəkdi. Nadir görünən bir anticisimdən götürülmüş plazmanın körpələrin həyatını qurtara biləcəyi fikirini inkişaf etdirən elm insanları, Harrisona ulaşıb. "Anti-D” adı verilən plazma proqramına qatılıb, qatılmayacağı sualına Harrison, "qatılaram” cavabını verib. İlk plazma 1967-ci ildə istifadə edilib. Harrisonun qanından milyonlarla doza "anti-D” enjeksiyonu edildi. Buna görə, Harrison 2.4 milyon körpənin həyatını qurtardı. Anti-D proqramının koordinatoru Robyn Barlow, "Avstraliyada edilən hər "anti-D” lampasının içində Ceyms var” deyib. Mütəxəssislər, Harrisonun qanındakı anticisimi, kiçik yaşlarında qan nəqli edilməsinə bağlayır.