Tək yaşayan adam: Polis gəlib sobasını yandırıb, getdi - FOTOLAR

Türkiyənin Kırıkkale bölgəsində polis məmuru evinin ətrafını su basan 70 yaşlı adamı evdən çıxmaq istədi, ancaq bacarmadı.
Məlum olub ki, kanalizasiya xəttinin çökməsi nəticəsində ətrafdakı bəzi evlərin qarşısında gölməçə əmələ gəlib. Xəbərdən sonra hadisə yerinə gələn polis qrupları, evində tək yaşayan yaşlı adama kömək etmək istəyib. Ancaq yaşlı adam evdən çıxmaq istəməyib. Bundan sonra polis məmuru qoca "üşüməsin" deyə sobasını yandırıb. Yaşlı adamla maraqlanan polis qrupları daha sonra evdən ayrılıblar.