Tələbə qanlı terror gecəsini danışır

“Atəş açan adam 20 metr uzaqlığımda idi"
Yeni il gecəsi Reinada 39 nəfərin öldüyü terror hücumunda yaralananlardan biri də İordaniyalı universitet tələbəsi Musab Alberdin olub. 
Kanada vətəndaşlı, İordaniyalı yoldaşı Alaa Al Muhendisin də aralarında olduğu bir qrup yoldaşıyla birlikdə yeni il əyləncəsi üçün Reinada idi. Alaa ilə söhbət edən zaman silahlı terrorçu Reinaya daxil olur və atəş açmağa başlayır. Musab yaralanır, yanındakı yoldaşlarından Alaa Al Muhendis isə həyatını itirir. Musabın hücum gecəsini belə xatırlayır:
"Atəş açan adam 20 metr uzaqlığımda idi. Atəş etməyə başlayanda müdaxilə etmək üçün irəli atıldım. Amma olduğum yerdə də qaldım. Bütün bədənim qanlar içində idi. Vurulduğumu fərq etdim. Hər tərəfə doğru atəş açdı. Hər yer tüstüyə büründükdən sonra məkandakı hər kəsi vurmağa başladı. Yanımdakı yoldaşım da vuruldu. Hər kəs qaçışırdı. Gerisini xatırlamıram.”