Tələbə şok yaşadı...

Atasının tüfəngindən açılan atəş sevgilisini ömürlük susdurdu



İstanbulda universitet tələbəsi olan gənc ehtiyatsızlıqdan açılan atəş nəticəsində sevgilisini vurub. Xəstəxanaya aparılan qızın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı Turizm Otelçilik fakültəsində oxuyan 2-ci kurs tələbəsi 22 yaşlı E.V atasına məxsus ov tüfəngi ilə sevgilisi iddia edilən Yağmur Ö. ilə zarafat etməyə başlayıb. Zarafat zamanı tüfəngdən atəş açılıb və Yağmur Ö. boğazından vurularaq ağır yaralanıb. Xəstəxanada bütün müdaxilələrə baxmayaraq Yağmur həyatını itirib. E.V. isə polis tərəfindən saxlanılıb.

Uzun müddət şoku keçməyən ali təhsilli gəncin ilkin ifadəsi belə olub: "O, mənim litseydən sevgilimdir. Münasibətimizdən ailələrimizin də xəbəri var. Hadisədən bir gün əvvəl onunla nənəmin evində, yəni hadisənin baş verdiyi yerdə oturmuşduq. Sonra dərsə getmək üçün çıxdıq. Bu gün isə telefon "adaptoru”nu almaq üçün geri gəlmişdi. Siqaret çəkmək üçün otağa keçdik. Bibim də yanımızda idi. Sonra atama məxsus olan ov tüfəngini şkafdan çıxardım. Zarafat edirdim. Amma necə oldusa, bir anda atəş açıldı”.