Telefonu baş nazir götürdü və müjdə verdi





Türkiyənin baş naziri Binəlı Yıldırım, Ankarada Əngəlli Koordinasiya Mərkəzini ziyarət edərək, çalınan  telefon zənginə cavab verib.
Kahramanmaraşdan axtaran əngəlli  bir vətəndaşla danışan baş nazir Yıldırım, fevral ayında min 500 əngəlli  müəllimin işə təyin olunacağını söyləyib. Telefonun o başındakı əngəlli xəbərdən sevincini gizlədə bilməyib, duyğulanıb.