Telekanallarda qoyulan qadağa götürülüb: Nazpəri “Şükür bu günə...” dedi



 
Xalq artisti Nazpəri Dostəliyevaya telekanallarda qoyulan və uzun müddətdir davam edən qadağa aradan qaldırılıb.
Müğənni gələn həftənin bazar ertəsi "Xəzər” telekanalında qonaq olacaq.

Qadağanın götürülməsi ilə bağlı "Şərq”ə açıqlama verən Xalq artisti "Mən sox sevinirəm ki, tamaşaçılarımla bundan sonra tez-tez görüşə biləcəm. Nə deyə bilərəm? Bu, belə də olmalıydı. Mən xalqıma, dövlətimə bağlı insanam. Mən bu dövlətin fəxri adını daşıyan sənətçiyəm. Dövlətimiz, dövlət başçımız mənim sənətimə dəyər verib. Mən də hər zaman bu dəyərin məsuliyyətini hiss etmişəm. Bir onu deyə bilərəm ki, mən Azərbaycan xanımıyam, Azərbaycanın sənətçisiyəm. Millətin yanındayam. Dövlətin siyasətini dəstəkləyirəm. Daha nə deyim? Ürəyim o qədər doludu ki. Mən sizləri, mətbuatı çox sevirəm. Mətbuat hər zaman məni dəstəkləyib, fikirlərimi işıqlandırıb. Mən əmin idim ki, bu qadağaya son qoyulacaq. Şükür bu günə. Yenə deyirəm, başqa şəkildə ola da bilməzdi. Çünki mən dövlətimi sevən insanam” söylədi.

Xalq artisti bildirdi ki, bu müddətdə bir çox yeni mahnıları lentə aldırmağa vaxtı olub. Qısa müddətdə onların hamısını efirdə təqdim edəcəyini deyən Nazpəri Dostəliyeva "İnşallah yeniliklərim çoxdu. Onları tamaşaçılarımla bölüşmək istəyim böyükdü. Sənətçi səhnədə olanda yaşadığını hiss edir. Mən bu səhnə üçün çox darıxmışdım”.

Xatırladaq ki, Nazpəri Dostəliyeva uzun fasilədən sonra sentyabrın 26-da Referendum günü Zaur Kamalın "5/5” verilişində çıxış edəcək.

Tahirə