Temperatur yenidən 43 dərəcəyə qalxacaq - XƏBƏRDARLIQ -YENİLƏNİB
10:24 10.07.2018
Arxiv
762
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən hava ilə bağlı xəbərdarlıq yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Sherg.az"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında iyulun 11-12-də havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etmək tövsiyə olunur.
Azərbaycanın rayonlarında iyulun 11-dən iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir.
***
13:27
Bakıda və Abşeron yarımadasında iyulun 11-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 35-40, Bakıda gecə 25-27, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.
İyulun 11-də Abşeron şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edirik.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
İyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya