Terrorçu-kamikadze hava limanına hücum etdi




Banqladeşin paytaxtı Dəkkədə, beynəlxalq hava limanında terrorçu-kamikadze özünü partladıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident aeroportun polis məntəqəsi qarşısında qeydə alınıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.