Terrorda daha böyük güclərin izi görünür
20:43 22.02.2016
Arxiv
856
Məqsəd Ankara hökumətini qorxutmaq, ölkəni zəiflətməkdir
"Türkiyəni "yerində otuzdurmaq” cəhdləri heç bir fayda verməyəcək”. Bunu "Şərq”ə açıqlamasında İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay deyib. Ankaradakı dəhşətli partlayışla bağlı fikirlərini bölüşən tədqiqatçı bildirib ki, Türkiyə çox güclü və iradəli dövlətdir.
Onun sözlərinə görə, həm hərbi cəhətdən, həm də xüsusi xidmət orqanlarının fəaliyyəti baxımından qardaş ölkənin nüfuzu böyükdür. Amma Türkiyənin yerləşdiyi region və kürdlərlə olan münasibəti bir çox böyük dövlətlərdə ciddi narahatlıq yaradır: "Güclənən və əl-qol açmağa başlayan Türkiyəni sevməyən ölkələr çoxdur. Türkiyə müstəqil siyasət yeridir və öz maraqlarını qoruyur. Bununla yanaşı, son illərin Türkiyəsi təkcə özünün deyil, bütün türk dünyasının qayğısını çəkir. Əvvəllər Prezident Ərdoğan ərəb-müsəlman aləminin problemlərini daha çox qabardırdısa, artıq üzünü türk dünyasına çevirib. Təbii ki, belə cəhdlər türk düşmənlərini, müəyyən xarici dairələri, ermənilərin terror təşkilatlarını və ən əsası Rusiyanı narahat edir. Türkiyə gücləndikcə narahat ölkələrin sayı da artır. Buna görə də qardaş dövlətə qarşı təhdidlər çoxalır. Ancaq Türkiyə terrorlardan sarsılmayacaq. Əksinə, daha da güclənəcək. Çünki başqa vaxtlarda AKP ilə ölkə müxalifəti ciddi rəqabət aparır, biri-birini ittiham edirlər. Amma ümummilli məsələlərdə həmrəylik nümayiş etdirirlər. Bunun özü dövlətin gücünü göstərir. Deməli, türk cəmiyyətinin birliyi yerindədir. Əgər lazım olan anda ictimaiyyət vahid mövqe nümayiş etdirə bilirsə, o dövlət heç vaxt sarsılmaz”. Ekspert bəyan edib ki, terror hadisəsində ölkə hakimiyyətini qınamaq absurd məsələdir və Türkiyəni sevməyən qüvvələrin işidir: "2001-ci ilin sentyabr ayında ABŞ-da törədilən terror aktından sonra da bu kimi iddialar gündəmə gəldi. Bilirsizmi, biz indiyə qədər baş verən hadisələrin günahını zərərçəkən dövlətlərin üzərinə ata bilərik. Məsələn, Misir üzərində vurulan rus təyyarəsini Moskva özü partladıb, Paris terrorunu fransız kəşfiyyatı törədib və s. deyə bilərik. Amma bunlar reallıq deyil. Həqiqət odur ki, biz belə dedikcə, əsl terrorçular kənarda qalır. Ankaradakı partlayış terror hadisəsidir. Ən böyük ehtimal odur ki, hansısa xarici dövlətlər bu terroru sifariş edib və hazırlayıb. Bu cür terror aktlarının və cəhdlərinin rus qırıcısının vurulmasından sonra intensiv hal aldığı da ortadadır. Düzdür, əksər hücumlar PKK-nın Suriyadakı və İraqdakı qolları ilə həyata keçirilir, yaxud onların adı ilə törədilir. Çünki son Ankara partlayışının təşkil olunmasına nəzər saldıqda aydın olur ki, hadisə çox böyük təşkilatçılıqla və cürətlə hazırlanıb. Fikrimcə, bu nə PKK-nın işidir, nə də hansısa başqa terror təşkilatının "bacarığıdır”. Terrorda daha böyük güclərin izi görünür. Məqsəd isə Ankara hökumətini qorxutmaq, ölkəni zəiflətməkdir. Türkiyə də bunu bilir və qarşılığını verməyə hazırlaşır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region