Təsdiqləndi: Ankara terrorunun şübhəlilərindən biri Azərbaycan vətəndaşıdır

Türkiyənin hüquq-mühafizə orqanlarına göndərilən sorğuya artıq cavab gəlib




Ankarada baş verən terror aktı ilə bağlı şübhəli şəxslər siyahısında adı çəkilən Ülkər Məmmədovanın Azərbaycan vətəndaşı olması təsdiqlənib.
Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlumat verib. O bildirib ki, bununla bağlı Türkiyənin hüquq-mühafizə orqanlarına göndərilən sorğuya artıq cavab gəlib: "Həmin cavabla hər şey məlum oldu. Ülkər Məmmədova Azərbaycan vətəndaşıdır. Lakin o, uzun illər Türkiyədə yaşayıb. Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.
Xatırladaq ki, oktyabrın 10-da Ankarada törədilən partlayış nəticəsində 100 nəfər ölüb, yüzlərlə şəxs yaralanıb. Terror aktının törədilməsində şübhəli bilinən və İŞİD üzvü olduqları bildirilən 21 nəfərin adı açıqlanıb və fotoları yayınlanıb. Ülkər Məmmədovanın da adı bu siyahıdadır.


Haqqımızda
  • Baş redaktor: Akif Aşırlı
  • Birinci müavin: Yusif Nəzərli


  • “ŞƏRQ MEDİA QRUP” MMC-yə daxildir:
  • “Şərq” qəzeti və Sherg.az xəbər portalı
  • VÖEN: 9900003611
  • Domen adının sahibi: Vəliyev Akif Abduləzim oğlu
  • Məsul redaktor: Nəzərli Yusif Hacı oğlu
  • Bakı AZ. 1073 Mətbuat prospekti, 529-cu məhəllə, «AZƏRBAYCAN» nəşriyyatı, 7-ci mərtəbə
  • E-poçt: sherq-1996@mail.ru
  • Telefon: (+99412) 538 4450
    (+99450) 3138283

Materiallardan istifadə edərkən sherg.az saytına mütləq istinad olunmalıdır.

© 2026 | Şərq — Müstəqil ictimai-siyasi qazet | Bütün hüquqlar qorunur.