"The Washington Times": Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
15:14 19.01.2019
Arxiv
277
Müstəqil Azərbaycan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "The Washington Times” qəzetində dərc olunan məqaləsində yazılıb.
Səfir yazıb ki, Azərbaycanın həmin dövrdə imperiyanın tərkibində olmasına baxmayaraq, Azərbaycan xalqı qurbanlar verərək yekunda istədiyi azadlığı və müstəqil gələcəyi əldə edə bildi. Diplomat əlavə edib ki, Azərbaycan öz ərazisini xarici hərbi mövcudluqdan azad etmiş ilk sovet ölkəsi oldu:
"Sovet qoşunları tərəfindən həmin gecə azərbaycanlılar, ruslar, tatarlar, yəhudilər və başqa xalqların nümayəndələri öldürüldü. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri həmin gecənin qurbanları üçün yas tutdu”.
E.Süleymanov məqalədə qeyd edib ki, həqiqətən də müstəqil və uğurlu Azərbaycan sovet rejiminin qurbanı olmuş şəxslərin xatirəsi üçün ən yaxşı dəyərdir:
"Müstəqillik Azərbaycana xaricdən müdaxilə olmadan öz xalqının maraqları üçün fəaliyyət göstərməyə imkan verdi”.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya
Bu gün işdən 1 saat tez çıxacaqsınız
11:07 26.05.2026
Cəmiyyət
Zənginləşdirilmiş uran ya dərhal ABŞ-a veriləcək, ya da… - Tramp
10:57 26.05.2026
Dünya