Top üstündə qan töküldü

“Ağlama ana, mən yaxşıyam”



Konyada 12 yaşlı T. K., yoldaşlarıyla birlikdə futbol oynayarkən özünə aid topu götürüb evə getmək istəyəndə, 14 yaşlı yoldaşı T. D. tərəfindən bıçaqlandı.

Hadisə, dünən saat 14.00 radələrində 19 May küçəsində baş verib. T. K. yoldaşlarıyla futbol oynadığı zaman, iddiaya görə yoldaşlarının künc zərbəsi təyin edərkən, topu oyun xaricindəki uzaq nöqtələrə atmasına əsəbiləşdi. Bundan sonra özünə aid topu götürüb, evinə getmək istədi. Buna əsəbiləşən yoldaşı T. D. də, T.K.ı kürəyindən bıçaqladı. Qanlar içində qalan T. K., çağırılan təcili yardımla Konya xəstəxanasına çatdırıldı.

Xərək üzərində təcili xidmətə alınan T.K.ın yanındakı anasına dönərək, "Məni maraqlanma ana. Ağlama, mən yaxşıyam” deməsi diqqət çəkdi. T. D. də ifadəsi alınmaq üzrə polis mərkəzinə aparıldı.