Torpaqlar istifadə edilmirsə, geri alınmalıdır
21:55 05.02.2016
Arxiv
787
Bələdiyyələrin mülkiyyət hüququ tanınsa, problem həll oluna bilər
Prezident İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda istifadəsiz torpaqlarla bağlı konkret fikirlər səsləndirdi. Dövlət başçısı vurğuladı ki, istifadəsiz qalan torpaqlar kifayət qədər çoxdur: "Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin”.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev isə KİV-ə açıqlamasında bildirib ki, istər dövlət mülkiyyətində, istərsə də bələdiyyə mülkiyyətində olan torpaqların bir hissəsi icarəyə verilir: "Qanunvericiliyə əsasən, bu torpaqlardan səmərəli istifadə edilməlidir. Yəni əkilməli, becərilməli və oradan məhsul əldə edilməlidir. Təəssüflər olsun ki, icarəyə götürülmüş müəyyən torpaqlar istifadə olunmur. Baxmayaraq ki, həmin torpaqların icarə haqqı ödənilir”.
Millət vəkilinin sözlərinə görə, torpaqdan istifadə edilmədikdə torpaqlar şoranlaşır və istifadəyə yararsız hala düşür. Bu da ölkənin ərzaq təminatı məsələsinə öz mənfi təsirini göstərir.
T.Rzayev qeyd edib ki, müəyyən sahibkarlar, fiziki və hüquqi şəxslər tərəfindən torpaqlar icarəyə götürülür: "Əgər həmin torpaqlar istifadə edilmirsə, geri alınmalı, digər şəxslərə verilməlidir. O adamlara ki, həmin adamlar torpaqdan istifadə edəcəklər. Yəni burada ciddi problem yaradacaq nə isə yoxdur”.
Deputat bildirib ki, torpağın hər qarışından istifadə edilməlidir: "Qanuna əsasən, torpağı icarəyə götürən şəxs ondan istifadə etməzsə, bələdiyyənin və yaxud dövlətin ixtiyarı var ki, həmin torpağı geri alsın. Çünki torpaq icarəyə götürüləndə müqavilə şərtlərində bu göstərilir”.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında problemin kifayət qədər ciddi olduğunu dedi:
- Əgər problemin həlli bələdiyyələrin üzərinə qoyulacaqsa, o zaman gərək bələdiyyələrin əlində hüquqi sənədləri olsun. Amma bu gün 1607 bələdiyyənin torpaq sahələrinin yalnız 30-35 faizinin mülkiyyət sənədi var. Yerdə qalan torpaqların heç bir sənədi yoxdur. Bələdiyyələr həmin torpaq sahələri üzərində mülkiyyətə sahib deyillər. Bələdiyyələrin torpaq fonduna dair heç bir sənəd verilmir. Mülkiyyət sənədinin verilməməsi bir problemdir. İkinci problem fermerlərin, sahibkarların torpağı icarəyə götürmək üçün hərraca çıxmalarıdır. Bu proses isə bəzən aylarla çəkir. Tutalım, fermer 1 illiyinə torpaq icarəyə götürür, növbəti ildə həmin sahədən istifadə etmək üçün gərək hərrac vasitəsilə torpaq əldə etsin. Fermerin işini asanlaşdırmaq istəyiriksə, hərracdan kənar addımlar atılmalıdır. Torpağın icarəyə götürülməsi mexanizmi asanlaşmalıdır. Üçüncü problem isə budur ki, fermer icarəyə götürdüyü torpağı istifadə etmək üçün kredit almalıdır. Bunun üçünsə gərək əlində mülkiyyət hüququ olsun. Mülkiyyət hüququnu təsdiq edən sənəd ona verilmədiyi üçün kredit də götürə bilmir. Yəni problemlər çoxdur. Bildiyim qədər Milli Məclis istəyir bununla bağlı qanuna dəyişiklik etsin, ancaq buna mane olanlar var.
Ümumiyyətlə, kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəyə ciddi yanaşılmalıdır. Bir çox hallarda əksinə yararlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilir. Torpaqlar ya istifadəsiz saxlanılır, ya da təyinatına uyğun olmayan şəkildə istifadə edilir. Bunların qarşısı ciddi alınmalıdır. Bu işdə bələdiyyələrin əhəmiyyəti çox böyük ola bilər. Bu şərtlə ki, bələdiyyələrin mülkiyyət hüququ tanınsın. Ondan sonra, qoy bələdiyyələrdən problemin həllini tələb etsinlər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat