Tovuza qoz boyda dolu yağdı - VİDEO




Bu gün saat 16:00 radələrində Tovuz rayonunun bir neçə kəndinə güclü dolu yağıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, dolu əsasən Düz Cırdaxan, Cəlilli və Kür çayı sahilində yerləşən bir neçə kənddə müşahidə olunub.
Kəndlərin sakinləri bildiriblər ki, təxminən 7 dəqiqə yağan dolunun diametri 10 sm-dən böyük olub. Əkin sahələrinə, meyvə ağaclarına, həmçinin yaşayış evlərinin dam örtüklərinə ciddi ziyan dəyib. Düz Cırdaxan kəndinin icra nümayəndəsi Akif Mehdiyevin bildirdiyinə görə, vəziyyətlə bağlı bütün aidiyyəti qurumlara xəbər verilib.
Hazırda rayon Fövqəladə Hallar Komissiyasının üzvləri kəndlərə dəymiş ziyanın müəyyənləşdirirlər.
Məlumata görə, Qazax rayonunun da bir sıra kəndlərinə dolu yağıb.