Toy səhəri dəhşət: Arvadını 19 bıçaq zərbəsiylə öldürüb





Bursada rəsmi nikahlı həyat yoldaşını toy gününün səhəri bıçaqlayaraq öldürən şübhəlinin psixoloji durumunun yerində olduğu təsbit edilib. Prokuror, şübhəlinin ağırlaşdırılmış ömürlük həbsini tələb edib. Hadisə 2017-ci ilin noyabrında baş verib. Metehan Y. (22) liseydən tanış olduğu Güllü Y.ı (21), qızın ailəsinin etirazına baxmayaraq qaçırıb. Cütlük rəsmən evləniblər.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Metehan Y. , nikah bağladıqdan 4 ay sonra toy gününün səhəri ailəsiylə birlikdə yaşadıqları evdə həyat yoldaşı ilə mübahisə edərək onu 19 bıçaq zərbəsiylə öldürüb.
Cinayətdən bir müddət əvvəl Metehan Y.ın dostu ilə birləşərək arvadını meşəlik sahəyə aparıb ağaca bağlayaraq orada buraxdığı da ortaya çıxıb və şübhəli həbs olunub. Narkotik maddə istifadə etdiyi iddia edilən Metehan Y.ın məhkəmədə "yaxın qohumu öldürmək" suçundan ağırlaşdırılmış ömürlük həbs cəzası tələbiylə mühakimə olunub. Prosesə şübhəli Metehan Y., dostu Güvən və vəkilləri qatılıb. Son prosesdə şübhəlinin hər hansı psixoloji probleminin olub, olmadığı araşdırılıb. Şübhəli Metehan Y.ın ədli tibb təşkilatından gələn hesabatları məhkəmə heyətinə çatıb. Hesabatlara görə, şübhəlinin psixi durumu yerində olub.
Prokuror şübhəlinin ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib. Məhkəmə heyəti tərəflərin vəkillərini dinləmək üçün prosesi başqa bir tarixə təxirə salıb.