Tramp Dünya Bankının rəhbərliyinə Devid Malpası namizəd göstərdi






ABŞ Prezidenti Donald Tramp Dünya Bankının rəhbərliyinə Maliyyə naziri Devid Malpası namizəd göstərib.

Axar.az xəbər verir ki, Malpasın namizədliyini Dünya Bankının idarə heyətində yer alan ölkələr də təsdiq edərsə, o, vəzifəsinə başlayacaq.

İddia edilir ki, Malpası Trampa Maliyyə naziri Stiven Mnuçin və qızı İvanka Tramp təklif edib.

Qeyd edək ki, Dünya Bankının eks-rəhbəri Cim Yon Kim fevral ayının birində istefaya gedib.