Tramp dünyanı "İranı təcrid"ə səsləyib: "Terroru dəstəkləyir"





Bu gün ABŞ prezidenti Donald Tramp Səüdiyyə Ərəbistanın Riyad şəhərinə ilk xarici səfərini edib. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbərinə görə, o, Riyaddakı çıxışı zamanı bildirib ki, dünya terror qurbanlarının 95 faizini müsəlmanlar təşkil edir: 

"Terrorizmə qarşı mübarizəni bir dinə qarşı müharibə kimi deyil, xeyirlə şər arasındakı döyüş kimi gerçəkləşdirmək lazımdır. 

Bundan başqa D.Tramp bütün dünya ölkələrini İranı təcrid etməyə çağırıb. Tramp rəsmi Tehranı ektremmist qüvvələri dəstəkləməkdə, onlara silah verməkdə və terrorizmin maliyyələşdirməkdə ittiham edib. Həmçinin Tramp İranı Bəşər Əsədi dəstəklədiyi üçün sərt şəkildə tənqid edib". 

Ayyət Əhməd