“Trampla Ərdoğan ciddi məsələləri müzakirə edəcək”




"Tramp və Ərdoğan arasında ciddi məsələlərin müzakirəsi olacaq”.

Bunu Sherg.az-a Rəcəb Tayyip Ərdoğanla Donald Tramp arasında bu gün baş tutacaq görüş barədə danışarkən politoloq Fikrət Sadıqov deyib. 

O bildirib ki, indiki məqamda Türkiyə rəhbərliyini kürd məsələsi ciddi narahat edir:

"ABŞ Suriyada yerləşən YPG dəstələrinə yardım edir. Bu, Türkiyəni narahat etməyə bilməz. Əminəm ki, bu prezidentlər arasında müzakirə edilən ilk məsələ olacaq. Digər reallıq odur ki, iki ölkə arasında son zamanlarda münasibətlər soyuyur. Çünki həm Fətullah Gülən məsələsi, həm də keçmiş ABŞ administrasiyasının Türkiyəyə qarşı qeyri-obyektiv yanaşması var. Ona görə düşünürəm ki, kompleks şəkildə ikili qarşılıqlı münasibətlər, hazırkı vəziyyət, kürd problemi və bundan sonra baş verəcək hadisələrin təhlili ilə bağlı onların gördüyü işlər və gələcək addımları müzakirə edəcəklər”.

Aysel Aslan