Tualete girib: Ankaradakı canlı bombalardan birinin qadın olduğu iddia edildi





Ankarada 95  adamın həyatını itirdiyi və 186 adamın da yaralandığı Respublika tarixinin ən qanlı terroru  ilə əlaqədar detallar ortaya çıxmağa başladı. fox tv-in xəbərinə görə, hücumu iki  canlı bomba TNT partlayıcılarıyla etdi. 

PARAMPARÇA OLDULAR

Partlayış sonrası hücumu edən iki adam parçalara ayrıldı. Ankara Nümunə Xəstəxanasına cəsədləri gətirilən və şəxsiyyəti hələ təsbit edilə bilməyən təcavüzkarlardan birinin qadın olduğu təsbit edildi.
Alınan ilkin  məlumatlara görə, canlı bomba olan qadının Ankara stansiyanının içindəki tualetə girdiyi, içəridə bir müddət gözlədiyi və çıxdıqdan sonra kütləyə doğru sürətli addımlarla irəliləyərək hücumu reallaşdırdığı ifadə olunur.