Türkiyə Avropaya dərs verir- RAUF ARİFOĞLU




Türkiyənin addımları etiraz addımlarıdır. 

Bu barədə Sherg.az-a Türkiyənin Qərb orbitindən qopub, Rusiya ilə yaxınlaşmasını dəyərləndirərkən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib. 

Baş yazarın sözlərinə görə, iqtidarların dəyişməsindən asılı olmayaraq Türkiyə Avropa dəyərlərinə və Avropa Birliyinə (AB) Avropanın özündən daha sadiqdir: 

"Amma AB xristian klubudur. Onlar Türkiyə kimi bir dövlətin, türk toplumunun, müsəlman cammatının bu birliyə daxil olmasına imkan vermirlər. Bu, bir daxili qərardı. Türkiyənin də son addımları həm etiraz, həm də dərsvermə xarakteri daşıyır. Türkiyə deyir ki, bizim üçün AB yoxdursa, onun alternativi kimi Şanxay Əməkdaşlıq Təşkilatına üzv olarıq. Həmçinin rəsmi Ankaranın bu addımı dünyadakı bütün türk dövlətlərini və topluluqlarını dünya düzəninə yenidən baxmaq məcburiyyətində qoyur. Yeni türk birliyi ideyası meydana çıxır. Əlbəttə, AB bundan narahat olmaldır ki, onun öz gücü azalır, Avropa dəylərlərinə münasibət bütün dünyada zəifləyir. Onsuz da Avropada bütün ideologiyalar böhran içərisindədir. Görünür, böhranlarını daha da dərinləşdirirlər. Amma onlar tam əksinə davranmalıdırlar. Yəni hazırda Avropanın böhrandan çıxmasının əsas yolu Türkiyəni öz içərilərinə almaqdan və sərhədlərini genişləndirməkdən keçir. Lakin xristian təssübkeşliyi buna imkan vermir".

Qeyd edək ki, son günlər Türkiyə Qərb orbitindən qopub, Rusiya ilə yaxınlaşma siyasətini yürüdür. Və bu siyasətini açıqca nümayiş etdirir.

Ayyət Əhməd