Türkiyə bir gündə 9 şəhid verib
11:46 10.02.2016
Arxiv
731
Türkiyə Silahlı Qüvvələri fevralın 9-da PKK silahlılarına qarşı əməliyyatlarda daha 9 şəhid verib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən Ankaradakı hərbi hospitalda müalicə olunan bir hərbçi və bir polisi həyatını xilas etmək mümkün olmayıb. Elə eyni saatlarda Şırnakda məmurları daşıyan avtomobil partladılıb. Nəticədə avtomobildə olan məmurlardan ikisi şəhid olub. Bundan başqa Cizrədəki əməliyyatlarda bir polis və bir hərbçi terrorçular tərəfindən şəhid edilib.
Gecə saatlarında Şırnakda terrorçuların raket atması daha bir polisin şəhid olmasına səbəb olub. Bir qədər sonra isə yenə Şırnakın İdil qəsəbəsində 1 hərbçi şəhid olub.
Dünən sonuncu acı xəbər isə Diyarbakırın Sur qəsəbəsindən gəlib. Gecə yarısı qəsəbədə növbə çəkən hərbçilərdən biri terrorçular tərəfindən qətlə yetirilib. Beləliklə fevralın 9-u Türkiyə tarixinə daha bir qanlı gün kimi həkk olunub. Terrorçular bir gün ərzində 4-ü hərbçi, 3-ü polis, 2-si məmur olmaqla 9 nəfər şəhid edib.
*****
9 fevral 21:08
Türkiyədə PKK terrorçuları ilə mübarizədə daha 2 nəfər şəhid olub.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin Şırnak əyalətinin Cizrə rayonunda PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı 1 əsgər və 1 polis şəhid olub.
Qeyd edək ki, bundan əvvəl Şırnak vilayətinin Uludərə rayonunda dövlət məmurlarını daşıyan avtomobilin partladılması nəticəsində Uludərə Dövlət Xəstəxanasının 2 vəzifəli şəxsi ölüb, 1 nəfər isə xəsarət alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat