Türkiyə ilə Rusiya arasında "MEYVƏ MÜHARİBƏSİ" davam edir
11:56 24.03.2017
Arxiv
512
Rusiya Kənd Təsərrüfatı Nazirliyi Türkiyəyə planlaşdırılan rəsmi səfəri təxirə salıb. Ankara Rusiyadan təxminən 1,3 milyard dollarlıq 6 qida məhsulunu almaqdan imtina etdikdən sonra Kreml qarşı addımlar atmağa başlayıb. Nazirlik heyətinin rəsmi səfəri təxirə salınmaqla yanaşı gömrük məntəqələrində Türkiyədən gətirilən 16 ton heyva ölkə ərazisinə buraxılmayıb. "Rosselxoznadzor" heyva idxalının dayandırılmasının səbəbini bu məhsulun tərkibində zərərli maddələrin olması ilə əsaslandırıb.
Qeyd edək ki, iki ölkə arasında təyyarə insidentindən sonra münasibətləri normallaşdırmağa müvəffəq olan hər iki tərəf embarqoların aradan qaldırılacağına ümid edirdi. Türkiyə prezidentinin ötən ay Moskvaya səfərindən sonra Rusiya bəzi məhsullara tətbiq olunan embarqonu qaldırıb. Embaroqdan azad edilən məhsullar arasında soğan, körpə soğan, brokoli, duz, qərənfil çiçəyi və saqqız olub. Bu məhsulların ümumi dəyəri 20 milyon dollardan da azdır. Türkiyə tərəfi meyvə-tərəvəzə tətbiq olunan embarqonun qaldırılmasını istəsə də, Moskva mövqeyindən dönməyib. Buna cavab olaraq Türkiyə Rusiyadan 6 qida məhsulunun, o cümlədən ümumi dəyəri 1,3 milyard dollar təşkil edən qarğıdalı, buğda, xam günəbaxan yağı, jmıx, noxud və düyü almağı dayandırıb.(lent.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət