Türkiyə İraqda antiterror əməliyyatlarına başladı





Türkiyə silahlı qüvvələri İraqın şimalında qərarlaşan kürd silahlı birləşmələrinə qarşı terrorla mübarizə əməliyyatına başlayıb. Hücum qurudan və havadan aparılır.

Bununla bağlı "Reuters” məlumat yayıb.

Agentliyin xəbərinə görə, əməliyyat mayın 27-də axşam start götürüb. Ölkənin Müdafiə Nazirliyi hücumun məqsədinin terrorçuları zərərsizləşdirmək və onların sığınacaqlarını məhv etmək olduğunu bildirib. (oxu.az)