Türkiyə mediası 32 nəfərin öldüyünü yazdı

Türkiyə mətbuatı "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttinin sıradan çıxması nəticəsində baş vermiş yanğından yazıb.
Musavat.com xəbər verir ki, xarici media ilə yanaşı, Türkiyə mətbuatı da ölkəmizdə yaşanan faciəyə biganə qalmayıb. Qardaş ölkə mediası qəzada 32 nəfərin öldüyünü bildirib.
Qeyd edək ki, rəsmi məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, 33 nəfərin həyatı xilas edilib. 29 nəfərin axtarışları isə davam etdirilir.