Türkiyə müxalifəti Ərdoğanı təhdid etdi: "Bu xalq hətta Kənan Evrenə belə qulaq asmayıb"
11:28 08.04.2019
Arxiv
517
Türkiyə müxalifəti prezident Rəcəb Tayyib Ərdoğanı və hakim partiyanı seçkilərin nəticələrini tanımağa çağırıb. T24.com.tr portalının məlumatına görə, bu gün Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu və İYİ partiyasının sədri Meral Akşener görüşüb.
Görüş Ərdoğanın İstanbulda keçirilən bələdiyyə seçkilərində qayda pozuntuları olmasına dair bəyanatından sonra baş tutub.
Kılıçdaroğlu deyib ki, onlar səslərin yenidən hesablanmasına qarşı deyillər, ancaq bu, qanun çərçivəsində baş tutmalıdır.
"Mən Mərkəzi Seçkilər İdarəsinə səslənirəm, onlar 38 rayonun səslərini yenidən hesablamaq istəyirlər. Hansı səbəblərdən? Səsvermənin nəticələri ilə bağlı protokol sənədlər hakim partiya nümayəndələri tərəfindən imzalanıb. Əgər razı deyildilərsə, niyə imza çəkiblər?”, - Kılıçdaroğlu əlavə edib.
Öz növbəsində, Meral Akşener bildirib ki, xalq öz iradəsinə qarşı bu cür hörmətsizliyi bağışlamayacaq.
"Çox təhlükəli vəziyyət yaranıb. Onlar deyir ki, əgər qələbə qazanmayıblarsa, seçkilər vacib deyil. İstanbuldakı seçkilərin nəticələrini qəbul etməməklə onlar xalqın seçki iradəsinə qarşı çıxırlar.
Ancaq unutmaq olmaz ki, bu xalq hətta Kənan Evrenə belə qulaq asmayıb. Ərdoğana səslənmək istəyirəm ki, o, düzgün yolda deyil. Bu cür hadisələr yalnız Afrikada baş verir. Bu xalq bunu onlara bağışlamayacaq”, - partiya lideri bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya