"Bu gün münasibətlərdə böhran yaşanır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə arasındakı sanksiya qalmaqalından sonra ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Sinqapurda ASEAN-a üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində ilk dəfə görüşüb. Görüşdən sonra açıqlama verildi ki, tərəflər arasında Suriyadakı vəziyyət, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi, ABŞ istehsalı olan "F-35” döyüş təyyarələrinin 5-ci nəslinin Türkiyəyə tədarük olunması və amerikalı keşiş Endryu Bransonun mühakiməsi müzakirə edilib.
"Türkiyə regionda gücə çevrilir" - ABŞ-ı narahat edən səbəb
15:39 03.08.2018
Arxiv
813
"Amerika və Türkiyə arasında son baş verən hadisələr iki ölkə arasındakı münasibətləri əsaslı dərəcədə sarsıdır”.
Bunu "Sherg.az”a Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında keçirilən görüşdən danışarkən "Tolerantlıq” Araşdırmalar birliyinin sədri, siyasi şərhçi Azər Rəşidoğlu bildirib.
O diqqətə çatdırıb ki, Türkiyənin Rusiyadan raket əleyhinə qurğular alması rəsmi Vaşinqtonu narahat edir:
"Bu gün münasibətlərdə böhran yaşanır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə arasındakı sanksiya qalmaqalından sonra ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Sinqapurda ASEAN-a üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində ilk dəfə görüşüb. Görüşdən sonra açıqlama verildi ki, tərəflər arasında Suriyadakı vəziyyət, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi, ABŞ istehsalı olan "F-35” döyüş təyyarələrinin 5-ci nəslinin Türkiyəyə tədarük olunması və amerikalı keşiş Endryu Bransonun mühakiməsi müzakirə edilib. Güman edirəm ki, Fətullah Gülənin təhvil verilməsi kimi müzakirələr sadəcə mətbuat üçün verilən açıqlamalardır. Rusiyadan raket əleyhinə qurğuların alınması və Türkiyədə həbs olunan amerikalı keşişin ətrafında yaranan böhranın necə aradan qaldırılması ABŞ və Türkiyə arasında əsas müzakirə mövzusudur. Bir müddət sonra böhranın aradan qalxacağını istisna etmirəm.
Bütün bunlara baxmayaraq, Türkiyə get-gedə regionda gücə çevrilir, ABŞ-ın for-postu olmaqdan çıxır. Bu cür irəliləyişlərin olması rəsmi Vaşinqtonu narahat etməyə bilməz. Ona görə, düşünürəm ki, belə böhranlar bundan sonra da zaman-zaman gündəmə gələcək”.
Qeyd edək ki, son 15 gün ərzində Çavuşoğlu ilə Pompeo 4 dəfə telefonla danışıb. Tərəflər arasında sonuncu dəfə avqustun 1-də Maykl Pompeonun təşəbbüsü ilə telefon danışığı olub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya