Türkiyə rusların yerinə varlı turistlər tapdı
20:58 08.02.2016
Arxiv
875
4-5 rus turistin bütövlükdə xərclədiyi vəsait bir ərəbin xərclədiyi qədərdir
"Türkiyəyə gəlməyən rus turistləri ərəblər əvəz edəcəklər”. publika.az bildirir ki, bu barədə "Qərbi Aralıq dənizinin inkişafı” turizm agentliyinin rəhbəri Osman Erol Saraydere deyib.
Onun sözlərinə görə, Rusiyanın Türkiyəyə qarşı həyata keçirdiyi iqtisadi sanksiyalar səbəbindən Antalyaya gələn rus turistlərin sayında azalma baş verib. O, rus turistlərin yerinə daha varlı turistlərin tapıldığını söyləyib: "Orta hesabla, Türkiyəyə gələn hər bir rus turist istirahət üçün təqribən 800 dollar pul xərcləyir. Ancaq bir ərəb turistin xərclədiyi təqribən 4 min dollardır. Yəni, 4-5 rus turistin bütövlükdə xərclədiyi vəsait bir ərəbin xərclədiyi qədərdir”. Osman Erol Saraydere deyib ki, hazırda say baxımından rus turistlər ərəblərdən çox olsa da, bu rəqəmi yay mövsümünə qədər dəyişmək mümkündür: "Bu il Antalyaya gələn turistlər arasında ən çox azalma rus turistlərin sayında olub. Hazırda ən çox gələn turistlər isə almanlar, daha sonra hollandlardır. Bu ilin yanvar ayında Almaniyadan Antalyaya gələn turistlərin sayı ötən ilin yanvar ayı ilə müqayisədə 16 faiz azalaraq 44 min 262 nəfər təşkil edib. Həmin müddətdə Hollandiyadan gələn turistlər üçün isə bu rəqəm 4 min 544 nəfərdir. Antalyaya ən çox turist göndərən üçüncü ölkə isə İsrail dövlətidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat