Türkiyə səfiri ABŞ-dan deportasiya edilir?




Vaşinqton Türkiyə səfirliyinin qarşısında baş verən dava-dalaşla bağlı bəyanat verib.
Axar.az xəbər verir ki, ABŞ Dövlət katibi Reks Tillerson Prezident Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfəri zamanı Türkiyə səfirliyi qarşısında baş verən davanın qəbuledilməz olduğunu bildirib.

"Bu məsələdəki fikirlərimizi çatdırmaq üçün Türkiyə səfirini Dövlət Katibliyinə çağırdıq. Mövzu ilə bağlı başladığımız istintaq hələ də davam edir", - Tillerson qeyd edib.

Respublikaçı senator Makkeynin "Türk səfiri deportasiya edilsin" sözünü xatırladan Tillerson jurnalistlərə açıqlamasında bildirib: "Belə bir qərara gəlməzdən əvvəl istintaqın başa çatmasını gözləmək lazım gəldiyini düşünürəm".