Türkiyə Silahlı Qüvvələrində baş örtüyü qadağası ləğv olunub




Türkiyə Silahlı Qüvvələrində xidmət edən qadınlar üçün nəzərdə tutulan baş örtüyü qadağası aradan qaldırılıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Ordusunda xidmət edən qadın zabit və gizirlər bundan sonra başlarını örtə biləcəklər.

Qərar müdavimlərə də şamil olunacaq.