Türkiyə superkubokunun vaxtı müəyyənləşdi






"Beşiktaş" və "Qalatasaray" arasında keçiriləcək Türkiyə superkubokunun başlama saatı və məkanı müəyyənləşib.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, ölkə kubokunun qalibi "Qalatasaray" superliqanın çempionu "Beşiktaş"la avqustun 13-də üz-üzə gələcək.

Matç Konya Böyükşehir stadionunda keçiriləcək.

Oyunun başlama saatı isə yaxın günlərdə açıqlanacaq.