"Türkiyə və Azərbaycana qarşı antitürk kampaniyası..." - Adil Əliyev




"Avropanın Türkiyə və Azərbaycana qarşı antitürk, antiislam kampaniyası türk və islam dövlətlərinin inkişafa yönəlik gördüyü işlərin yaratdığı qısqanclığın nəticəsidir”.

Bunu Sherg.az-a Fransanın "Le Monde” qəzetinin Türkiyə haqqında qərəzli yazısına münasibət bildirərkən millət vəkili Adil Əliyev deyib.

O bildirib ki, belə qərəzli məlumatların yayılması təbiidir:

"Bu, yalnız Fransada deyil, dünyanın başqa ölkələrində də baş verir. Müxtəlif uğurlu islam və türk dövlətləri var. Onları gözdən salmaq niyyəti ilə belə addımlar atırlar. Həmin səbəb, məqsəd budur”.

Qeyd edək ki, mütəmadi olaraq qardaş ölkənin əlehinə əsassız, qərəzli məlumatlar tirajlayan adıçəkilən qəzet bu dəfə də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra başlanan təmizləmə prosesi nəticəsində saxlanılan 2 müəllim haqda yazıb.

Ayyət Əhməd