Türkiyədə ilk dəfə: Qadınların gücləndirilməsi strategiyası hazırdır





Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "Ölkəmizdə də sırf öz zehininin məhsulu olan üstünlük duyğusu səbəbiylə qadına pis rəftar edən, hətta canına qıyan anlayışa qarşı mübarizəmizi davam etdiririk. 2018-2023-cü il dövrünü əhatə edən qadının güclənməsi hərəkat planı hazırlandı. Ölkəmizdə ilk dəfə belə əhatəli bir strategiya sənədi ortaya çıxdı. Qadınların iqtisadi və ictimai həyatını gücləndirmək üçün lazım olanlar bu sənəddədir. Bu sənəd ilə qadınların gücləndirilməsi üçün ediləcək işlərin bir yol xəritəsi hazırlanıb" dedi.